Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 16:40
"Azərbaycan dünyada meyvə-tərəvəzlə zəngin olan əsas ölkələrdən biridir. Mən deyərdim ki, dünyada ən dadlı meyvə-tərəvəz Azərbaycandadır. Amma siz onları yemirsiniz. Azərbaycanda insanların meyvə -tərəvəz qəbulu səviyyəsi çox aşağıdır. Bu sizi narahat etməlidir".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Qeyri-infeksiyon xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisinin rəhbəri Joao Breda deyib.
Onun sözlərinə görə, meyvə -tərəvəz insanları xərçəngdən , piylənmədən, ürək- damar xəstəliklərindən qoruyur.