Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

OnePlus CES 2020-də ilk ağıllı saatını təqdim edə bilər

OnePlus CES 2020-də ilk ağıllı saatını təqdim edə bilər

Tarix: 19 Dekabr 2019 22:12

Oppo firmasının alt şirkəti olan OnePlus istehsal etdiyi modellər ilə istifadəçilərin sevgisini qazana bilmişdi. Şirkət ildə 2 model təqdim edərək yoluna davam edir. Lakin ortaya çıxan yeni məlumatlara görə CES 2020 sərgisində şirkət ilk ağıllı saatını təqdim edə bilər. 7 Yanvar 2020-də keçirələcək CES 2020 sərgisində yeni bir iştirakçı daha olacaq kimi görünür.

Təxminlərə görə ağıllı saatın patenti 2016-da alınıb. OnePlus CEO-su Pete Lau Twitter-də CES 2020 haqqında yazıb

Sonxeber.net technote.az-a istinadən bildirir ki, şirkətin CEO-su Pete Lau rəsmi Twitter hesabından CES 2020-ilə bağlı fikirlərini paylaşıb. Yazdığına görə sərgidə OnePlus fanatlarını xüsusi bir surpriz gözləyir. Bu haqda məlumatlar keçən aylarda aşkarlanmışdı. 2016-da patentin alınmasına baxmayaraq 2020-ə qədər istehsal müddətinin artması biraz gözlənilməyən bir vəziyyətdir. Rəqiblərinə nəzərən daha yaxşı bir qiymətə satışa çıxarsa çox güman bir xeyli seviləcək.


Etiketlər:  OnePlus 2020 ağıllı saatını təqdim edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ