Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amerikada 80 yaşlı Santa-Klaus tapıldı - FOTO

Amerikada 80 yaşlı Santa-Klaus tapıldı - FOTO

Tarix: 20 Dekabr 2019 07:08

Təəssüf ki, Yeni ildə bütün uşaqların hədiyyə almaq şansı yoxdur. Amma uşaqların xoşbəxtliyi üçün səy göstərən insanlar da var.

Milli.Az xəbər verir ki, Amerikanın Sanford şəhərində yaşayan 80 yaşlı Cim Annis belə ürəyiaçıq insanlardan biridir. O, 50 ildir ki, kimsəsiz uşaqlar üçün oyuncaqlar hazırlayır. Yaşadığı şəhərdə Santa-Klaus kimi tanınan Cim, hər il təxminən 300 oyuncaq bağışlayır. Materiallar Santaya yerli sakinlər tərəfindən gətirilir. Cim xeyriyyəçiliyə ildə 1000 dollar xərcləyir. Onun fikrincə, məsələ pulda deyil, əsas odur ki, uşaqlar sevgi və qayğını hiss etsin:

"Atam çox pul qazanmırdı. Ailədə beş uşaq idik və Santa Milad bayramında bizə heç bir hədiyyə gətirmirdi. Odur ki, uşaqların gülüşü və xoşbəxtliyi mənim üçün ən böyük qazancdır. Barmaqlarım mənə tabe olana qədər bunu edəcəyəm". (publika.az)


Etiketlər:  Amerikada 80 yaşlı Santa Klaus tapıldı FOTO


RƏYLƏR