Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 07:14
Rusiyanın Moskva şəhərində Avropanın ən hündür yaşayış göydələninin tikintisi davam edir. Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Moskva merinin müavini Marat Husnullin İnstaqram hesabında məlumat verib.
Onun sözlərinə görə, "One Tower" göydələninin tikintisi bir neçə ildən sonra yekunlaşacaq.
Qeyd edilir ki, bina "Moskva-Siti"nin ərazisində tikilir. Göydələnin hündürlüyü 400 metrdən çox olacaq. Yerin üstündə 101, altında isə 3 mərtəbə tikiləcək.
Layihəyə əsasən, binada yaşayış evləri ilə yanaşı ofislər, ticarət obyektləri, eləcə də yeraltı parkinq olacaq.