Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 18:08
Bakı. Trend:
Azərbaycan üçün qeyri-neft sektorunun, xüsusilə də özəl sektorun inkişafı üçün zəruri şəraitin yaradılması prioritet məsələdir.
Trend-in məlumatına görə, bunu Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatının inkişafı üçün bir-biri ilə əlaqəli olan, yeni investisiyalar cəlb edən və biznes proseslərinin səmərəliliyini artıran dinamik özəl sektor lazımdır.
O bildirib ki, son zamanlar Azərbaycan biznes mühitin yaxşılaşdırılması və özəl sektorun inkişafı üçün yeni mənbələrin axtarışı məqsədilə çoxlu tədbirlər görülür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin