Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstirahət günlərində gözlənilən hava proqnozu

İstirahət günlərində gözlənilən hava proqnozu

Tarix: 20 Dekabr 2019 18:28

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.net-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 5-8, gündüz 8-12, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti olacaq.


Etiketlər:  İstirahət günlərində gözlənilən hava proqnozu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ