Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 23:10
Son bir ildə Türkiyədə şəkərli diabet xəstələrinin sayı iki dəfə artıb. Xəstəliyin yayılması baxımından Türkiyə Avropa ölkələri arasında birinci sırada yer alır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu artım 0-14 yaş arasında uşaqlara da təsir edib. Son beş il ərzində ölkədə bu yaş aralığında 20 mindən çox diabet xəstəsi qeydə alınıb.
Hazırda ölkədə 8 milyondan artıq diabet xəstəsi var.
Statistik rəqəmlərə görə, dünyada hər dörd şəkərli diabet xəstəsindən birinin ayaqlarda yaralar meydana gəlir. Bu səbəbdən hər 20 saniyədə bir insan ayağını itirir.