Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda gecə saatlarında ağır QƏZA - 4 yaralı (VİDEO)

Bakıda gecə saatlarında ağır QƏZA - 4 yaralı (VİDEO)

Tarix: 21 Dekabr 2019 00:32

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda bu saatlarda ağır yol nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Səbail rayonunda Azneft dairəsindən üzü Bayıl istiqamətinə gedən yolda qeydə alınıb. Hadisəyə "BMW" markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olduğu deyilir. Belə ki, nəqliyyat vasitəsi Bayıl istiqamətində olarkən idarətməni itirərək əks yola çıxıb və "VAZ 2107" markalı avtomobil ilə toqquşub.

Toqquşmadan sonra "VAZ" əks yola çıxaraq "Naz Lifan"a çırpılıb. Hadisə nəticəsində 4 nəfərin yaralandığı deyilir.

Qeyd edək ki, qəza nəticəsində "BMW" markalı avtomobilin ön hissəsi alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda gecə saatlarında ağır QƏZA yaralı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ