Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan neftinin qiyməti dəyişdi

Azərbaycan neftinin qiyməti dəyişdi

Tarix: 21 Dekabr 2019 10:00

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 69,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,47 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel azdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan neftinin qiyməti dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ