Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2019 21:48
Gələn ildən Azərbaycanda şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
E. Ağayevin sözlərinə görə, bütün dərman preparatları kimi, Səhiyyə Nazirliyi tərəfindən şprislərin də sterilliyi yoxlanılır və bunun standartları müəyyənləşib.
Nazir müavini bildirib ki, Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib: "O ki qaldı bəzi qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən 3 hissəli şprislərin qadağan olunması ilə bağlı səslənən fikirlərə, belə bir qadağa yoxdur. Bu cür şprislər bütün dünyada istifadə olunur. Buna görə də 3 hissəli şprislərin saxta olması iddiası ilə bağlı əhalini yanlış yola yönəltmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə 2 hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən təsdiqlənib".