Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 09:36
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar sükut günü başlayıb.
Sonxeber.net xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Növbəti bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət noyabrın 30-dan başlanıb, dekabrın 22-də saat 08:00-da başa çatıb.