Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2019 14:14
Aralıq dənizində, Suriya sahillərində Rusiya və ABŞ hərbi donanmaları arasında kritik vəziyyət yaranıb.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, Rusiya hərbi gəmiləri son günlər regionda fəallığı artırıblar. Rusiya sualtı qayıqaları qanadlı raketləri sınaqdan keçirir, habelə Suriya sahillərində Rusiya donanması intensiv manvevrlər edir.
Rusiya Hərbi Dəniz Qüvvələrinin Suriya sahillərində artan fəallığına cavab olaraq Birləşmiş Ştatlar özünün "Harri Truman" təyyarədaşıyan zərbə qruplaşmasını regiona göndərib. NBC telekanalının müxbiri Bill Nili təyyarədaşıyanın göyərtəsindən yayımladığı reportajında bildirir: "Rusiya yeni güclə Aralıq dənizinə qayıdıb, lakin bu təyyarədaşıyan və onun aviasiya qruplaşması birmənalı şəkildə belə mesaj verir: "Biz sizi izləyirik. Sutkanın 24 saatı, həftənin 7 günü".
Reportajda deyilir ki, təyyarədaşıyanın missiyası Rusiyanın regionda artan aqressiyasını cilovlamaqdır. ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa və Afrika komandanı, admiral Ceyms Foqqo təyyarədaşıyanın göyərtəsində NBC müxbirinə deyib: "Özünü pis aparmağın cəzası var, bununla bağlı risklər var. Və biz bu hərəkətlərə dözməyəcəyik".