Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəddafi ilə razılaşma əldə olunmuşdu'' - Ərdoğan

''Qəddafi ilə razılaşma əldə olunmuşdu'' - Ərdoğan

Tarix: 22 Dekabr 2019 17:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Türkiyə və Liviya arasında Aralıq dənizində  sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı imzalanan müqavilənin qanuni olduğunu bəyan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, "Piri Rəis" sualtı qayığının dənizə buraxılması mərasimində çıxış edən R.T. Ərdoğan deyib ki, 10 il əvvəl hakimiyyətdə olan Liviya lideri Müəmmmər Qəddafi ilə iki ölkənin Aralıq dənizindəki sərhədləri ilə bağlı razılaşma əldə olunub.

R. T. Ərdoğan həmin dövrdə Liviyada baş verən olayların, M. Qəddafinin hakimiyyətdən devrilməsinin tərəflərin razılaşmaya imza atmasını təxirə saldığını söyləyib: "Bölgədəki qarşıdurmalar səbəbindən həmin dövrdə razılaşmamızı hüquqi müstəvidə imzalamaq mümkün olmadı. İndi isə Liviyanın qanuni hökuməti ilə Aralıq dənizində iki ölkənin sərhədləri mövzusunda razılığa gəlmişik və müqavilə imzalamışıq. Türkiyə Liviya ilə bağladığı müqavilədən geri çəkilməyəcək. İsrail və bəzi ərəb ölkələri Türkiyəyə Aralıq dənizində yer verməmək istiqamətində çalışırdılar. Əgər geri çəkilsək, Aralıq dənizində bizə bir yer qoymazlar. Heç bir ölkə Aralıq dənizindəki haqlarımızı qəsb etmək niyyəti ilə qarşımıza gəlməsin. Biz Aralıq dənizindəki haqlarımızı qorumaq üçün sonuna qədər mübarizə aparmağa hazırıq. Aralıq dənizində ən böyük sahili olan Türkiyənin dənizdə yalnız 1 faiz hissə ilə razılaşmasına ümid etmək yersizdir".


Etiketlər:  Qəddafi ilə razılaşma əldə olunmuşdu Ərdoğan


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ