Tarix: 23 Dekabr 2019 09:48
“Sabah” futbolçusu Hendrik Eksteynlə yollarını ayırıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, cənubi afrikalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
28 yaşlı futbolçu bu ilin yayından “Sabah”da çıxış edirdi. O, cari mövsümdə keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qol vurub.