Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2019 12:44
Bakı. Elçin Mehdiyev – Trend:
2019-cu ilin yanvar-noyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artaraq 5 milyard 025,6 milyon manat olub.
Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 319,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 66,0 faizini təşkil edib.
2019-cu ilin yanvar-noyabr aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,5 faiz artaraq 966,6 milyon manat olub.
Dövriyyənin 45,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 441,0 milyon manat təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin