Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qusarın 104 yaşlı sakini səsvermədə iştirak edib

Qusarın 104 yaşlı sakini səsvermədə iştirak edib

Tarix: 23 Dekabr 2019 16:16

Qusar rayonunun Düztahir kəndinin 104 yaşlı sakini bələdiyyə seçkilərinə səsvermədə iştirak edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 1915-ci il təvəllüdlü Vəlimətova Nazirat Məhəmməd qızı səhhəti ilə əlaqədar məntəqəyə müraciət edərək, səs verməsi üçün şərait yaradılmasını xahiş edib.

Səyyar seçki qutusunu qeydiyyatda olduğu 51 saylı Qusar seçki dairəsinin 20 saylı seçki məntəqəsindən onun yaşadığı ünvana gətiriblər. Seçdiyi namizədlərə səs verən 104 yaşlı Nazirat nənə xalqımıza sülh və əmin-amanlıq arzulayıb.

Bu vaxtadək Azərbaycanda keçirilən seçkilərdə fəal iştirak edən Nazirat Vəlimətova indi yaşı ilə əlaqədar səhhətində problemlər yaranıb. Elə bu səbəbdən də son illərdə keçirilən seçkilərdə onun yaşadığı ünvana daşınan seçki qutusu gətirilir. Onun 3 övladı, 9 nəvəsi və 25 nəticəsi var.


Etiketlər:  Qusarın yaşlı sakini səsvermədə iştirak edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ