Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən görüntülərin araşdırılmasına başlanılıb

Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən görüntülərin araşdırılmasına başlanılıb

Tarix: 23 Dekabr 2019 19:36

Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə gün ərzində yerləşdirilən görüntülərin araşdırılmasına başlanılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov vurğulayıb ki, hər hansı bir xoşagəlməz hal varsa, bununla bağlı dairə seçki komissiyalarına müraciət edilməlidir: "Heç kimin haqqı yoxdur ki, seçki prosesinə müdaxilə etsin. Xoşagəlməz hallarla bağlı ilk növbədə dairə seçki komissiyalarına müraciət edilməlidir. Dairə seçki komissiyasının qərarından narazı qaldıqları halda Mərkəzi Seçki Komissiyasına müraciət edə bilərlər. Bütün halar Seçki Məcəlləsinə uyğun ciddi şəkildə araşdırılacaq. Heç kəs çəkinməməlidir".


Etiketlər:  Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə yerləşdirilən görüntülərin araşdırılmasına başlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ