Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib

Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib

Tarix: 24 Dekabr 2019 14:33

Qazaxıstan Respublikasının birinci Prezidenti-Elbası Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki təbrikdəd eyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqın rifahının və ölkənin nüfuzunun artmasına yönəlmiş ciddi daxili və xarici siyasət həyata keçirirsiniz.

Qazaxıstan əsrlər boyu davam edən sarsılmaz dostluğa və mehriban qonşuluğa qətiyyətlə sadiq qalaraq, ortaq tarix, mədəniyyət, dil və din oxşarlığı ilə bağlı olduğumuz Azərbaycanla bütün səviyyələrdə strateji tərəfdaşlığın gələcəkdə daha da dərinləşməsində maraqlıdır.

Əziz İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm.

Milli.Az


Etiketlər:  Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ