Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 22:27
Quşüzümü çox faydalı və müalicəvi xassələrə malikdir. Faydalı xassələrinin arasında C vitamininin yüksək miqdarı qeyd olunur. Tərkibində B qrupu vitaminləri, karotin və çoxlu faydalı minerallar, efir yağı var. Həmçinin dəmir, kalium, maqnezium, sink, bor, yod, mis, gümüş, manqan da yetərincədir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, tərkibindəki bioloji aktiv maddələrə görə quşüzümü yalnız qara qarağatla müqayisə oluna bilər. O, maddələr mübadiləsini normallaşdırır və müxtəlif xəstəliklərə qarşı orqanizmin müqavimətini gücləndirir.
Quşüzümünün müalicəvi təsiri
-Xalq arasında quşüzümü tənəffüs orqanlarının müalicəsində istifadə olunur. Hələ qədim zamanlardan quşüzümü şərbəti qızdırma müalicəsində istifadə edilib.
-Tərlədici və sidikqovucu vasitə kimi istifadə edilib. Bu tədqiqatlar sübut etmişdir ki, giləmeyvə antibiotiklərin təsirinibir neçə dəfəgücləndirməyə qadirdir. Bizim vaxtımızda bu xüsusilə vacibdir.
-Quşüzümü şirəsi zəhəri orqanizmdən çıxarmağa imkan verir. Damaq iltihabı, ağız boşluğu və digər xəstəliklərin dərmanıdır. Maraqlıdır ki, quşüzümünün istifadəsi zamanı böyrək və bağırsaq sisteminin fəaliyyəti yaxşılaşır.Quşüzümünün tərkibində sidik kisəsi infeksiyalarının qarşısını almağa kömək edən maddələr vardır.
-Təzə quşüzümü və quşüzümü şirəsi xolesterinin miqdarını normallaşdırır. Həmçinin, qan damarlarda qanın laxtalanmasının qarşısını alır. Quşüzümünündən müntəzəm istifadə damarların elastikliyini artır.