Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Asteroid Yerə ən yaxın məsafədən keçib

Asteroid Yerə ən yaxın məsafədən keçib

Tarix: 19 Aprel 2019 13:06

Bakı. Trend:

Diametri 30 metrədək olan “2019 GC6” asteroidi ötən gün Yerə ən yaxın məsafədən keçib.

Trend-in məlumatına görə, asteroid Yerdən 219 min kilometr məsafədən keçib ki, bu da planetə ən yaxın cisim olan Aydan iki dəfə yaxındır.

Qeyd olunur ki, “2019 GC6” asteroidi potensial təhlükəli asteroid kateqoriyasına aiddir. Bu asteroid aprelin 9-da aparılan müşahidələr nəticəsində aşkar edilib.

“2019 GC6” asteroidi Yerə ən yaxın məsafədə olarkən saat 20 min kilometrdən çox sürətlə hərəkət edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Asteroid Yerə yaxın məsafədən keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ