Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gələn il 12 mindən yuxarı uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq

Gələn il 12 mindən yuxarı uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq

Tarix: 25 Dekabr 2019 13:27

Bakı. İlhamə İsabalayeva - Trend:

Gələn il 12 mindən yuxarı uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, cari tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb.

Növbəti ildə daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12 400 nəfərə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.


Etiketlər:  Gələn il 12 mindən yuxarı uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunacaq


RƏYLƏR