Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 13:55
Şərəfimi necə qoruyum?
Sonxeber.net bildirir ki, ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı xalq artisti Flora Kərimova olub.
Xalq artisti Afət Fərmanqızını məhkəməyə verəcəyini deyib:
"Afəti məhkəməyə verməyə hazırlaşıram. Ülviyyə Alovlunu da məhkəməyə vermişəm, o lap əndazədir. Bunlar niyə belə edirlər, mən başa düşmürəm! Ağızlarını Allah yoluna qoyublar. Bəs şərəfimi necə qoruyum? Afət mənə deyib ki, qapmağı var, gücü yoxdur. O səviyyədə deyil, sənət o səviyyədə deyil. Mənim dövrümdə böyüyün üzünə ağ olmaq yox idi. Şövkət xanım, Sara xanım, Rübabə xanım cavanları elə qoruyurdular ki... O dövürdə bircə qadın üzə durub cığallıq edirdi. Artıq o dünyadadır. Ona "Allah rəhmət etsin" də deməzdim. Söhbət İlhamə Quliyevadan gedir".