Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2019 10:36
Bakı. Trend:
Litvada yeddinci prezident seçkilərində bu gün yerli vaxtla saat 07:00-da təxminən 2 min seçki məntəqəsi açılıb.
Trend-in məlumatına görə, eyni zamanda, ölkədə ikili vətəndaşlığın tətbiq edilməsi və deputatlar korpusunun 15% azaldılması ilə bağlı iki referendum keçirilir.
Litvada 2,5 milyondan artıq vətəndaş səsvermə hüququna malikdir (ümumilikdə ölkədə 2,8 milyon insan yaşayır).
Qeyd edək ki, Litvanın prezidenti postuna 9 namizəd var. Qələbə qazanmaq üçün namizəd 50% -dən çox səs toplamalıdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin