Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2019 12:16
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının sonuncu turunda bu gün keçiriləcək "Brayton"la oyun öncəsi açıqlama verib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, çempionluq matçı öncəsi gərgin olmadığını deyib:
"Çox xoşbəxtəm. Gərgin deyiləm. "Liverpul"dan 7 xal geridə olduğumuz vaxt əsəbi idim, amma indi yox. Dünən gecə körpə kimi yatmışam".
Qeyd edək ki, hazırda lider "Mançester Siti"nin 95, ikinci pillədə olan "Liverpul"un isə 94 xalı var. Mançester təmsilçisi son turda qalib gələcəyi təqdirdə, ən yaxın izləyicisinin oyununun nəticəsindən asılı olmayaraq, çempion olacaq.