Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amerikalılar Milad bayramını qeyd edirlər - FOTO

Amerikalılar Milad bayramını qeyd edirlər - FOTO

Tarix: 25 Dekabr 2019 22:30

Dekabrın 25-də bütün katolik dünyasında olduğu kimi, ABŞ-da da Milad bayramı qeyd edilir. Bu gün istirahət günü sayılır, ailə bayramları və müxtəlif hədiyyələrlə müşayiət olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-da evin təkcə içərisini deyil, bayırını də bəzəyirlər. Evdə hər şey bəzədilmiş yolka kimi çıraqban olur. Küçələr işıqlandırılır, evlərin qarşısında işıqsaçan fiqurlar qoyulur. Ağaclar, kollar gülbəndlərlə bəzədilir. Evlərin və mağazaların sahibləri giriş qapılarının qarşısında bəzədilmiş Qar adamlar qoyurlar, qapılardan isə yolka çələngləri asılır.

Evlərdə bayram adətən dekabrın 24-dən 25-nə keçən gecə kilsədən gəldikdən sonra başlanır. Amerikalılar erkən səhər yeməyinə toplaşırlar. Onların çoxu valideynlərinin evlərində toplaşır. Səhər hamı bir-birinə hədiyyə verir və Milad bayramı münasibətilə xoş arzularını bildirir. Bayram gün ərzində qeyd edilir. Hazırda milad yeməkləri vacib olmasa da, Amerika ailələrinin çoxunda içi doldurulmuş hind toyuğu bişirilir.

Milada bir neçə həftə qalmış amerikalılar çoxsaylı alış-veriş edirlər. Milad mövsümü il ərzində ən böyük iqtisadi stimul hesab olunur.


Etiketlər:  Amerikalılar Milad bayramını qeyd edirlər FOTO


RƏYLƏR