Sonxeber.net Trend-ə istinadən bildirir ki, dekabrın 25-də qızılın qiyməti dekabrın 24-ü ilə müqayisədə 17,731 manat artaraq 1 unsiya üçün 2548,997 manat təşkil edib.
Gümüş 0,3692 manat bahalaşaraq 1 unsiya üçün 30,2031 manata bərabər olub.
Platinin qiyməti 16,3285 manat artaraq 1604,0435 manat, palladiumun qiyməti 24,973 manat artaraq 3206,5995 manat təşkil edib.