Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 22:57
Damarlarda trombların əmələ gəlməsi çox təhlükəli haldır.
Qan laxtası olan tromb damarın divarından qopa bilər və qan axını ilə digər daha nazik damara düşərək onu tam bağlaya bilər. Əgər belə hal ürək, beyin, ağciyər damarında baş verərsə bu insanın ölümünə səbəb ola bilər.
Trombların əmələ gəlməsinin əsas səbəbləri qan laxtalanmasının pozulması, cərrahi əməliyyatlar, travmalar, infeksiyalar, yüksək təzyiq, azhərəkətli həyat tərzi, səhv qidalanmadır.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər damarlarda trombların əmələ gəlməsi riskini azaltmaq üçün qidalanamaya sarıkök, acı istiot, çia və kətan toxumlarını əlavə etməyi tövsiyə edirlər.