Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 23:56
Ermənistan Prokurorluğu 1999-cu ildə ölkə parlamentində terror aktı barəsində işin istintaqını bərpa etməyi qərar verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "RİA Novosti"ya Ermənistan Baş Prokurorluğunun mətbuat-katibi Arevik Haçatryan deyib.
Qeyd edək ki, 27 oktyabr 1999-cu ildə bir qrup terrorçu Ermənistan Milli Məclisinin iclas otağına girərək oradakı parlament və hökumət üzvlərini güllələyib.
Parlamentin spikeri Karen Dəmirçyan, Baş nazir Vazqen Sarkisyan, Milli Məclis sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, Deputatlar Mikael Kotanyan, Armenak Armenakyan, Henrix Abrahamyan, Operativ məsələlər üzrə nazir Leonard Petrosyan terrorçuların qurbanları olub.