Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydalarında dəyişiklik edildi

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydalarında dəyişiklik edildi

Tarix: 26 Dekabr 2019 11:22

Nazirlər Kabineti "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nda dəyişiklik edib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu qərarın indiyədək olan variantına əsasən, dövlət reyestri qurumların təşkili, qeydiyyatı, yenidən təşkili, ləğvetmə prosesində olması, ləğv edilməsi, eləcə də siyasi partiyaların, həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatlardan ibarətdir.

Yeni qərarla isə bu məlumatların sırasına məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi barədə də məlumatlar əlavə edilib.


Etiketlər:  Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydalarında dəyişiklik edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ