Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: “Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədi parlamentə təqdim edəcəyik”

Ərdoğan: “Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədi parlamentə təqdim edəcəyik”

Tarix: 26 Dekabr 2019 16:26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsinə münasibət bildirib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, o bildirib ki, Türkiyə müxtəlif Avropa və ərəb ölkələrinin dəstəklədiyi general Xəlifə Xaftara qarşı mübarizə aparan Liviyanın qanuni hökumətinə hər cür dəstək verəcək.

"Onlar müharibə baronuna yardım edirlər, biz isə Liviyanın qanuni hökumətinin yanındayıq. Fərqimiz budur. Dəvət olunduğumuz yerə gedərik, dəvət olunmadığımız yerə isə getmərik. Məclis (Türkiyə Böyük Millət Məclisi) açılar-açılmaz Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədi təqdim edəcəyik. İnşallah yanvar ayının 8-9-da Məclisdə bunu təsdiqlədib, dəvətə razılıq verəcəyik", - deyə Ərdoğan vurğulayıb.


Etiketlər:  Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədi parlamentə təqdim edəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ