Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 18:12
Bakı. Trend:
Münhen klubu "Bavariya" ciddi itki ilə üzləşib.
Trend-in məlumatına görə, klubun aparıcı oyunçularından biri - Xavi Martines Bundesliqanın 17-ci turunda "Volfsburq"la matçda (2:0) ciddi zədə alıb. Təcrübəli dayaq yarımmüdafiəçisinin ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub.
Qeyd edək ki, Martines komandasının qış fasiləsi dönəmində Dohada təşkil olunacaq hazırlıq prosesində də iştirak edə bilməyəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin