Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2019 21:27
Mütəxəssislər yaş saçla yatmağın insan orqanizmi üçün zərərli olduğunu bildiriblər. Yaş saçla yatanda yastığa keçən rütubət zərərli bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.
Sonxeber.net medicina.az-a istinadən yaş saçla yatmağın zərərləri haqqında məlumatı təqdim edir:
-İlk növbədə bu kəpəyin əmələ gəlməsinə və artmasına səbəb olur. Məsələ burasındadır ki, kəpəyin əmələ gəlməsinə səbəb olan mikroskopik göbələk bir çoxlarımızın baş dərisində yaşayır. Saçlara düzgün baxım göbələyin artmasının qarşısını alır. Lakin nəm mühitdə göbələk tez çoxalmağa başlayır və bu da kəpəyin sürətlə artmasına gətirib çıxardır.
-Suyun təsirindən saçlar kövrək və zəif olur, tez qırılır, asan tökülür. Bu səbəbdən daim yaş saçla yatan insanın saçları cansız görünür, tökülür. Mütəxəssislər suyun təsirini azaltmaq üçün saçları yuduqdan sonra mümkün qədər tez qurutmağı tövsiyə edirlər.