Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mehdi Hüseynzadə stadionunda təmir başladı - Şəkillər

Mehdi Hüseynzadə stadionunda təmir başladı - Şəkillər

Tarix: 26 Dekabr 2019 22:00

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmir işləri başlayıb.

Qol.az xəbər verir ki, sadionda söküntü işlərini əks etdirən şəkilləri jurnalist Anar Xanlarov sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edib ki, yeni stadionun üstü örtülü olacaq. Ot örtüyü Hollandiyadan sifariş olunacaq. Qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstü örtülü iki ehtiyat meydança da tikiləcək. Həmçinin, otelin tikintisi də nəzərdə tutulub. Stadionun tutumuna gəlincə ilkin olaraq 16 min deyilir, ancaq inşaatın gedilşindən asılı olaraq ola bilsin ki, tutum 18 minə yaxın olsun.

Xatırladaq ki, bu yaxınlarda prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun təmiri ilə bağlı sərəncam imzalayıb. Stadionunun yenidən qurulması məqsədilə Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.






Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  Mehdi Hüseynzadə stadionunda təmir başladı Şəkillər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ