Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: Türkiyə parlamenti Liviyaya qoşun göndərilməsi üzərində səsvermə keçirəcək

Ərdoğan: Türkiyə parlamenti Liviyaya qoşun göndərilməsi üzərində səsvermə keçirəcək

Tarix: 26 Dekabr 2019 21:52

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı deyib ki, qanunvericilər yanvar ayının əvvəlində Tripolidə BMT-nin dəstəklədiyi hökümətə dəstək məqsədilə Liviyaya qoşun göndərilməsinə icazə verəcək qanun layihəsi üzərində səsvermə keçirəcək.

Ərdoğan bildirib ki, parlament səsverməni tətildən qayıdandan sonra yanvarın 8-də və ya 9-da keçirəcək. Onun partiyası parlamentdə çoxluq təşkil edir və bu səbəbdən də qanun layhiəsinin təsdiq olunma ehtimalı çox yüksəkdir. Lakin əsas müxalifət partiyası Türkiyənin Liviyaya hərbi müdaxiləsinə etiraz edir.

Sonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, Ərdoğanın sözlərinə görə, Liviyaya qoşun göndərmək istəməyinə səbəb Liviyanın baş naziri Faiz Sərracın yardım çağırışı olub. İki lider ötən ay İstanbulda təhlükəsizlik sazişi imzalayıb.

Sərracın Milli Birlik Höküməti Tripolinin nəzarətini ələ keçirmək istəyən şərqi Liviyanın de fakto lideri general Xəlifə Hifterin başçılığı ilə aparılan hücuma qarşı mübarizə aparır.


Etiketlər:  Ərdoğan Türkiyə parlamenti Liviyaya qoşun göndərilməsi üzərində səsvermə keçirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ