Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 00:02
Sonxeber.net dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - sevdiyiniz insanı sevindirməyə çalışın. Yaxınlarınızın qayğısına qalın, çətin vəziyyətə düşmüş dostunuza yardım edin. Bu gün maraqlarınızın bir qismini başqasına qurban verin. Lakin başqalarının problemləri ilə ifrat dərəcədə məşğul olaraq öz mənafeyinizi unutmayın.
Buğa - evdə sıradan çıxmış nə isə olarsa, əvvəlcə öz bacarığınızı sınayın - dərhal usta çağırmağa tələsməyin. Ailə üzvlərinizlə gərəksiz mübahisə etməyin. Başqalarının fikirlərinə hörmətlə yanaşın. Günorta saatlarında sizi maraqlandıra biləcək təklif ala bilərsiniz. Axşam saatlarında isə istirahət edin.
Əkizlər - bu gün istedad, bacarıq və biliklərinizi tətbiq edə biləcəksiniz. Ambisioz planlarınızı reallaşdıra biləcək, cəsur istəklərinizin həyata keçməsinə yardım edəcək insanlar sizi görəcəklər. Maraqlı tanışlıqlar istisna deyil.
Xərçəng - romantik münasibətinizdə normal inkişaf müşahidə olunacaq. Sevdiyiniz insanla səmimi olun. Axşam saatlarını özünüzə həsr edin.
Qonaq getməkdən çəkinin.
Şir - bu gün şəxsi həyatınızda mühüm və xoşagələn dəyişikliklərlə bağlıdır. Baş verənlərin hamısı istədiyiniz məcrada olmasa da, yaşananlarda heç olmasa kiçik uğurları aşkarlamağı bacarın. Qonaq qəbul etmək, dostlarla görüşmək üçün əlverişli gündür. Mühüm məsələləri evdə həll etmək daha münasibdir.
Qız - bilik, bacarıq və təcrübəniz bu gün sizin dadınıza çata bilər. Evdə və ya işdə - problemlər hər yerdə var. İdeal həyat, fasiləsiz rəvan günlər olmur və bunu artıq anlamanız gərəkdir. İstənilən problemin həll yolları mövcuddur. Sadəcə, onları aramaq və tapmaq gərəkdir.