Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 10:28
"Yüksəliş" müsabiqəsi Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursunun bir halqasıdır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilməsi ilə bağlı keçirilən tədbirdə deyib.
F.Əliyeva bildirib ki, bu müsabiqə Azərbaycanda idarəçilik vərdişləri olan və öz potensialına inanan hər kəs bu müsabiqədə iştirak edə bilər. O qeyd edib ki, müsabiqə Azərbaycanda kadrların bilik və bacarıqlarının inkişaf etməsinə mühüm töhfə verəcək.