Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tural Gəncəliyev: Dağlıq Qarabağın Azərbaycanlı icması erməni tərəflə görüşə həmişə hazır olub

Tural Gəncəliyev: Dağlıq Qarabağın Azərbaycanlı icması erməni tərəflə görüşə həmişə hazır olub

Tarix: 27 Dekabr 2019 11:30

Bakı. Samir Əli - Trend:

Dağlıq Qarabağın Azərbaycanlı icması erməni tərəflə görüşə həmişə hazır olub.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması"nın rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

İcma sədri bildirib ki, 2019-cu ildə qurum bu barrədə dəfələrlə müraciətlər etsə də, qarşı tərəf cavab verməyib: "Biz dəfələrlə bu barədə müraciətlər etmişik. Təssüf ki, 2019-cu il ərzində cavab almamışıq. Bu da erməni icmasınən boyunduruq altında qalmasının göstəricisidir. Onlar qondarma rejimdən aslıdırlar. Çox güman ki, onların arasında azərbaycanlılarla bir yerdə yaşamaq istəyi olanlar var, lakin həmin şəxsləri boğurlar, sıxırlar.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icmasının erməni icmasını danışıqlara çağırdıqdan sonra jurnalistlərin qarşılıqlı səfərləri baş tutdu, lakin erməni tərəf bunu şou elədi, təxribat xarakterli bəyanatlar verdilər. Bu da onu göstərir ki, qondarma rejimin nümayəndələri, təcavüzkar Ermənistan rəhbərliyi bu məsələdə maraqlı deyillər. Onlar çəkinirlər ki, icmalar bir yerdə otursalar, erməni icması başa düşəcək ki, Azərbaycanlı icması başqa cür düşünür. Biz onlarla bir yerdə yaşamaq istəyirik".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tural Gəncəliyev Dağlıq Qarabağın Azərbaycanlı icması erməni tərəflə görüşə həmişə hazır olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ