Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 11:44
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 25-də 68,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,63 dollar/barel olub ki, bu da əvvəlki göstərici ilə eynidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin