Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn ildən Azərbaycanla İordaniya arasında birbaşa aviareys açılacaq

Gələn ildən Azərbaycanla İordaniya arasında birbaşa aviareys açılacaq

Tarix: 27 Dekabr 2019 16:32

"Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov dekabrın 26-da İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşehlə görüşüb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, bu görüş İordaniya Haşimilər Kralı II Abdullah ibn Əl-Hüseynin cari ilin 10 dekabr tarixində Azərbaycana rəsmi səfərinin yekunları əsasında baş tutub. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Hava Yolları"nın rəhbərliyinə iki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması barədə tapşırıq verib.

Cahangir Əsgərov və Sami Asem Ğoşeh bütün prosedur məsələləri başa çatdırıldıqdan sonra Bakı ilə Əmman arasında uçuşların 2020-ci ilin may ayının sonundan etibarən həyata keçiriləcəyi barədə razılıq əldə ediblər.

Reyslər həftədə iki dəfə "Buta Airways" aviaşirkətinin "Embraer 190" təyyarələri ilə yerinə yetiriləcək.


Etiketlər:  Gələn ildən Azərbaycanla İordaniya arasında birbaşa aviareys açılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ