Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcbari tibbi sığorta ölkə ərazisi üzrə bu ardıcıllıqla tətbiq olunacaq - SİYAHI

İcbari tibbi sığorta ölkə ərazisi üzrə bu ardıcıllıqla tətbiq olunacaq - SİYAHI

Tarix: 27 Dekabr 2019 17:24

Bakı. Trend:

Baş nazir Əli Əsədov “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Trend-in Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci madəsinə uyğun olaraq, icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqinə 2020-ci il ərzində aşağıdakı ardıcıllıq nəzərə alınmaqla başlanılır:

1.1. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında yanvar – mart aylarında;

1.2. Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında aprel – iyun aylarında;

1.3. Şirvan şəhərində, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında iyul – sentyabr aylarında;

1.4. Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa, rayonlarında oktyabr – dekabr aylarında.

Bu Qərar 2020-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İcbari tibbi sığorta ölkə ərazisi üzrə ardıcıllıqla tətbiq olunacaq SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ