Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 21:04
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Dövlət katibi Mayk Pompeonun yerinə namizəd axtarmağa başlayıb.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən bildirir ki, Pompeo dövlət katibi postunu tərk edib, o, Kanzas ştatından Senat seçkilərində iştirak edə bilər.
Düzdür, Tramp hələ Pompeonun hansı qərarı verəcəyini bilmir.
Nəşr iddia edir ki, Vaşinqtondan olan bir çox məmurlar artıq dövlət katibi postuna iddia etməyə başlayıblar. Ehtimal olunur ki, dövlət katibi postunu prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayen, maliyyə naziri Stiven Mnuçin və ya ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell tuta bilər.