Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada bəzi məhbuslar əfvdən imtina edirlər

Almaniyada bəzi məhbuslar əfvdən imtina edirlər

Tarix: 27 Dekabr 2019 23:16

Bu günlərdə Almaniyanın Aşağı Saksoniya federal əyalətində qeyri-səciyyəvi hal baş verib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Almaniya hakimiyyət orqanları Milad bayramı ilə əlaqədar 1200 məhbusa əfv elan ediblər. Lakin üç nəfər onlara təqdim olunan azadlığa çıxmaq fürsətindən imtina edib. Onlar vaxtından əvvəl həbsxananı tərk etməyi bilərəkdən istəməyib və müddətləri başa çatanadək bu divarlar arasında qalmaq qərarına gəliblər. Onları bu addımı atmağa nəyin vadar etdiyi məlum deyil. Buna səbəb həbsxanada bayram şamını gözləmələri, azadlıqda olarkən yaxınlarına hədiyyə ala bilmədiklərinə görə xəcalət çəkmələri, yaxud ailə üzvləri ilə görüşməyi arzulamamaları və s. ola bilər.

Almaniyada belə xoşməramlı tədbirlər hər ilin sonunda həyata keçirilir. "Welt" qəzetinin yaydığı məlumata görə, bu il 1200 məhbusa bayramları evdə, doğma insanlar ətrafında qarşılamaq fürsəti verilib. Hakimiyyət orqanları hesab edirlər ki, bu addım onların yenidən cəmiyyətə inteqrasiyasına yardımçı olacaq.


Etiketlər:  Almaniyada bəzi məhbuslar əfvdən imtina edirlər


RƏYLƏR