Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün Zeynəb Xanlarovanın 83 yaşı tamam olur

Bu gün Zeynəb Xanlarovanın 83 yaşı tamam olur

Tarix: 28 Dekabr 2019 09:30

Bu gün Azərbaycanın görkəmli müğənnisi, Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Xalq artistinin 83 yaşı olur. Zeynəb Xanlarova 1936-cı ildə Bakıda dünyaya gəlib. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

O, 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Zeynəb Xanlarova, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın bir çox ölkələrində konsertlər verib. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.


Etiketlər:  gün Zeynəb Xanlarovanın yaşı tamam olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ