Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 14:12
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib.
Trend-in məlumatına görə, yeni tərkib barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın illik ümumi yığıncağında məlumat verib.
O bildirib ki, yeni tərkib 11 nəfərdən ibarətdir.
RH-nın yeni tərkibində AMEA prezidenti akademik Ramiz Mehdiyev, birinci vitse-prezident akademik İsa Həbibbəyli, birinci vitse-prezident akademik İbrahim Quliyev, vitse-prezident akademik Tofiq Nağıyev, vitse-prezident akademik Dilqəm Tağıyev, vitse-prezident akademik Nərgiz Paşayeva, vitse-prezident akademik İradə Hüseynova, vitse-prezident akademik Rasim Əliquliyev, akademik katib, akademiyanın müxbir üzvü Əminağa Sadıqov, akademiyanın Naxçıvan büro bölməsinin sədri akademik İsmayıl Hacıyev, a kademiyanın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev təmsil olunur.
Yeni tərkib səsverməyə çıxarılaraq təsdiq edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin