Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Brejnevin varis planını pozan Andropov – O, baş katib olmaq iddiasını gizli saxlayıb və qalib gəlib - FOTO

Brejnevin varis planını pozan Andropov – O, baş katib olmaq iddiasını gizli saxlayıb və qalib gəlib - FOTO

Tarix: 28 Dekabr 2019 15:16

18 illik hakimiyyəti dövründə Leonid İliç Brejnevin yaddaqalan fəaliyyət istiqamətlərindən biri də birinciliyə iddialı olanlara qarşı apardığı mübarizə olub. Baş katib Kremldə kadr balansını istədiyi kimi "peşəkarlıqla" tənzimləyə bilib.

Sözsüz ki, Brejnev hakimiyyətdəki mövqeyini möhkəmlətmək üçün partiyaya rəhbərlik etməklə yanaşı, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinin də ələ keçirilməsini zəruri sayıb. Bu məqsədlə o, münasibətlərinin çox isti olmasına baxmayaraq, Nikolay Podqornını siyasi səhnədən uzaqlaşdırırb.

1977-ci ildə Brejnev bu məsələnin həllini Mixail Suslova həvalə edib. Heç bir məsələdə güzəşətə getməyən Suslov plenumda Podqornının vəzifəsindən və Siyasi Büro üzvlüyündən çıxarılması məsələsini iclasın gündəliyinə salıb. Cəmisi 17 dəqiqə ərzində iki-üç nəfər çıxış edərək Suslovun təklifini dəstəkləyib və səsvermə yolu ilə Podqornı vəzifəsilə vidalaşıb. Hətta Suslov plenumda Podqornıya çıxış üçün söz də verməyib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Brejnevin növbəti hədəfi Aleksey Kosıgin olub ki, baş katib onu da "xəstəliyi" ilə əlaqədar təqaüdə göndərməyə nail ola bilib.

Brejnev Yuri Andropovu da özünə ciddi rəqib sayıb. Amma buna baxmayaraq o, Andropovu DTK sədri təyin etdikdən sonra bu quruma böyük səlahiyyətlər verib. Andropova o qədər səlahiyyət verilib ki, o, partiya orqanlarının rəhbər heyətinin fəaliyyətinə də müdaxilə etmək imkanında olub.

Maraqlıdır, Brejenev özünə rəqib saydığı bir şəxsə nəyə görə bu qədər geniş meydan verib?

Dövlət məmurlarını gərginlikdə saxlamaq üçün Andropov Brejnevin ən uğurlu seçimi olub. Təsadüfi deyil ki, Siyasi Büro iclaslarında kiçicik bir fikir ayrılığı yarananda Brejnev narazılıqlara bir cümlə ilə son qoyub: "Sizin hamınız haqqında məndə "kompromat" var, odur ki, fəaliyyətinizdə diqqətli olun..."

Hamıya yəxşı məlum olub ki, "informasiyalar" Brejnevə Andropovdan ötürülüb.

Brejnev Andropovun "həddinin aşmaması" üçün də tədbirlər görüb. Dost münasibətində olduğu Sviqunu və Tsinyevi Andropova müavin təyin etməklə DTK şefinin fəaliyyətini tam nəzarətdə saxlayıb. Həm Sviqun, həm də Tsinyev Andropovun fəaliyyəti haqqında Brejnevə mütəmadi olaraq məlumatlar veriblər.

Digət bir tərəfdən SSRİ daxili işlər naziri Nikolay Şelokovla Andropov arasında konfliktin dərinləşməsinə şərait yaradan Brejnev bu qarşıdurma ilə Andropovun gücünü zəiflədib.

Yəqin ki, Andropov Brejnevin qeyri-səmimiliyini hiss edib, amma o, Kreml oyunlarını böyük təmkinlə seyr edib, öz birincilik iddialarını zamanın ixtiyarına buraxıb və Brejnevə sədaqətini nümayiş etdirməkdə davam edib.


Etiketlər:  Brejnevin varis planını pozan Andropov baş katib olmaq iddiasını gizli saxlayıb qalib gəlib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ