Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Energetika naziri və müavinləri cənub bölgəsində vətəndaşları qəbul edəcək

Energetika naziri və müavinləri cənub bölgəsində vətəndaşları qəbul edəcək

Tarix: 13 May 2019 11:45

Bakı. Trend:

Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verilmiş tapşırıq və tövsiyələrə uyğun olaraq, Energetika naziri Pərviz Şahbazov mayın 27-də Lənkəran şəhərində Lənkəran və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialının inzibati binasında (Ünvan: Lənkəran şəhəri, Ləvəngi ərazisi, Girdəni kənd yolunun 500 metrliyi) keçiriləcək.

Mayın 27-də, həmçinin Energetika nazirinin müavini Samir Vəliyev Masallı şəhərində Masallı və Yardımlı rayonunun sakinləri ilə, nazir müavini Elnur Soltanov isə Lerik şəhərində yerli sakinlərlə görüşəcək.

Vətəndaşların qəbulu saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı şəhəri, Qarabağ küçəsi 17), saat 11:00-da isə Lerik rayon Mədəniyyət Mərkəzində (Lerik şəhəri, A.Əsədullayev küçəsi 22) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs Ağalar Əliyev, əlaqə telefonları: (025) 254-81-20, (050) 240-96-35, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Energetika naziri müavinləri cənub bölgəsində vətəndaşları qəbul edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ