Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 17:14
Bakı. Trend:
Prezident İlham Əliyev Xudat-Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Xudat-Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 3,0 (üç) milyon manatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin