Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 22:04
İsrail Baş Naziri Benyamin Netanyahu cümə günü partiyadaxili seçkidə qələbə çalıb. Bu nailiyyət ona mart ayında keçiriləcək ümummilli seçkilərdə sağçı Likud partiyasının məhz onun rəhbərliyi altında iştirak edəcəyini təmin edir.
Korrupsiya ittihamı ilə qarşılaşan və 12 ayda üçüncü ümummilli seçkiyə qatılan İsrailin ən uzun müddətli baş naziri likudçular arasında 72.5 % səs, rəqibi Gideon Saar isə 27.5 % səs toplayıb.
Sonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, bu əhəmiyyətli qələbə onun 20 ildir ki, rəhbərlik etdiyi partiyada mövqeyini daha da möhkəmləndirib.
Netanyahu bu haqda twit atıb: "Bu böyük qələbədir. Likud üzvlərinə göstərdikləri güvən, dəstək və sevgi üçün minnətdaram," o yazıb.