Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 14:06
Yeni il bayramının yaxınlaşması tezalışan maddələrə və pirotexniki vasitələrə qarşı mübarizə tədbirlərinin artırılmasını yenidən gündəmə gətirib. Təbii ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin müvafiq bölmələri tərəfindən hər il ölkəyə qanunsuz yollarla pirotexniki vasitələrin keçirilməsi cəhdinin qarşısı alınır.
Partlayıcı vasitələrin təhlükəli olması ilə yanaşı, onun yaratdığı "atəş" səsləri insanların rahatlığını pozur. Halbuki, uşaqların "partladan" adlandırdığı pirotexniki vasitələrin ölkəyə gətirilməsi çoxdandır ki, qadağan olunub. Buna rəğmən, hələ də bəzi satış yerlərində bu cür vasitələri tapmaq mümkündür.
Sonxeber.net bildirir ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Elmar Nurəliyev Sherg.az-a açıqlamasında bildirib ki, pirotexniki vasitələrin istifadəsi ilə bağlı əhalinin maarifləndirilməsinə ehtiyac var:
"Hər il ölkədə yeni il qabağı şəhərin müxtəlif yerlərində, bazarlarda, insanların çox istifadə etdiyi alış-veriş yerlərində pirotexniki məmulatların, partlayıcı vasitələrin və fişənglərin satışına rast gəlinir. Bu cür partlayıcı vasitələrə insanların, əsasən də azyaşlı uşaqların maraq göstərməsi, onları alaraq həyətdə, küçədə, parklarda istifadə etməsi təhlükəlidir. Yüksək səs-küylə müşahidə olunan, qığılcım saçan, partlayarkən ətrafda kəskin qoxuya səbəb olan bu vasitələr insanların psixologiyasına mənfi təsir edir, onların normal istirahətinə maneə yaradır. Pirotexniki vasitələr həmçinin qocalara, xəstələrə, xüsusən də körpələrin narahatlığına və ictimai asayişin pozulmasına səbəb olur".