Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tofiq Rəfiyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi

Tofiq Rəfiyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi

Tarix: 29 Dekabr 2019 17:24

Prezident İlham Əliyev T.Y.Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan müdafiə sənayesinin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Yusuf oğlu Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Milli.Az


Etiketlər:  Tofiq Rəfiyevə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi


RƏYLƏR